RU

Ölən şəxsin krediti silinirmi?

Son vaxtlar aktual olan məsələlərdən biri kreditlərlə bağlıdır.

Bu istiqamətdə vətəndaşları ən çox düşündürən amillərdən biri kredit boclarıdır.

Bəs vəfat edən şəxsin krediti silinirmi?

Məsələ ilə bağlı hüquqşünas Əlisuvar Rüstəmovun sözlərinə görə, əgər kredit sığortalanıbsa, borc sığorta müqaviləsinə uyğun olaraq sığorta şirkəti tərəfindən ödənilir:

“Sığortalanmayıbsa və ölən şəxsin əmlakı olarsa, borc Mülki Məcəlləyə uyğun olaraq onun əmlakı hesabına ödənilir. Bu əmlak vərəsələrə keçdikdə, Mülki Məcəllənin 1306-cı maddəsinə əsasən, vərəsələr qəbul etdikləri miras əmlaklarındakı paylarına mütənasib surətdə həmin borcu birgə borclu kimi tam ödəməlidirlər”.

Избранный
21
3
cebheinfo.az

4Источники