RU

Arıqlamaq üçün bu qədər alma sirkəsi içmək kifayətdir

ain.az, Saglamolun portalına istinadən məlumatı açıqlayır.

YENİ ARAŞDIRMA Yeni dərc edilən meta-analiz alma sirkəsinin çəki azaltma təsirini sübut edib. İtaliya alimləri tərəfindən aparılan tədqiqatda, gündəlik 30 ml alma sirkəsi qəbul edən insanların bədən çəkisində, Bədən Kütlə İndeksində (BKİ) və bel çevrəsində azalma müşahidə olunub.Araşdırmaya əsasən, bu təsir xüsusilə artıq çəki, piylənmə və ya 2-ci tip şəkərli diabeti olan insanlarda daha çox nəzərə çarpır. Orta hesabla iştirakçılar 3 ay ərzində 7.5 kq çəki itirib, Bədən Kütlə İndeksləri isə 2.0 vahid azalıb.Alma sirkəsinin təsiri mədə boşalmasının ləngiməsi, toxluq hissinin artması, qlükoza və lipid mübadiləsinin yaxşılaşması, bağırsaq mikrobiotasına müsbət təsir mexanizmlərlə izah olunur. Bununla belə, tədqiqatçılar uzunmüddətli təsirlərin və təhlükəsizliyin müəyyənləşdirilməsi üçün daha geniş və davamlı araşdırmaların aparılmasının vacibliyini vurğulayır.Qeyd edək ki, alma sirkəsi müalicəvi vasitə kimi deyil, köməkçi vasitə kimi istifadə olunmalıdır. Üstəlik, sirkəni su ilə qarışdırıb içmək daha faydalıdır. İstənilən halda miqdar və qəbul etmə saatları ilə bağlı ailə həkimi ilə məsləhətləşmək vacibdir.

Saglamolun.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
8
saglamolun.az

1Источники