RU

Azərbaycan və Qazaxıstan arasında saziş imzalanıb

Milli Depozit Mərkəzi (MDM) və Qazaxıstanın "Qiymətli Kağızların Mərkəzi Depozitarı"arasında qarşılıqlı hesabların açılmasına dair saziş imzalanıb.Metbuat.az xəbər verir ki, bu barədə Milli Depozit Mərkəzi (MDM) məlumat yayıb. Sazişi Almatıda keçirilən Ümumdünya Mərkəzi Depozitarlar Forumunun çərçivəsində hər iki qurumun idarə heyətlərinin sədrləri imzalayıb.Bu təşəbbüs hər iki ölkənin kapital bazarları arasında transsərhəd çıxışı genişləndirmək məqsədi daşıyır. Yeni yaradılan birbaşa əlaqə mexanizmi investorlara Azərbaycanın və Qazaxıstanın fond bazarlarına birbaşa çıxış imkanı təmin edəcək, transsərhəd investisiyaların inkişafına və daha dərin maliyyə inteqrasiyasına təkan verəcək.Depozitarlararası əməkdaşlıq sayəsində bazar iştirakçıları qiymətli kağızları birbaşa mərkəzi depozitarların nominal saxlayıcı hesablarında saxlaya və hesablaşmaları effektiv şəkildə apara biləcəklər. Bu, qazaxıstanlı investorlar üçün Azərbaycan bazarına, azərbaycanlı investorlar üçün isə Qazaxıstan bazarına çıxış üçün yeni imkanlar yaradacaq.Təşəbbüs, həmçinin, investisiya portfellərinin diversifikasiyasına və iki qonşu ölkənin maliyyə bazarları arasında əməkdaşlığın daha da gücləndirilməsinə xidmət edir. Bütün lazımi texniki prosedurların tamamlanmasından sonra depozitarlararası infrastrukturun tam işə salınması gözlənilir.

Bu addım MDM-in "2024-2026-cı illər üzrə İnkişaf Strategiyası"nda nəzərdə tutulmuş depozitarlararası əlaqələrin genişləndirilməsi istiqamətində həyata keçirilir.

Избранный
11
7
metbuat.az

8Источники