RU

San-Paulu qum fırtınasının əsarətində: 20 milyonluq şəhər iflic oldu

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Braziliyanın ən böyük şəhəri və cənub yarımkürəsinin ən sıx əhalisi olan metropolisi San-Paulu güclü qum fırtınasının əsarətindədir.
Oxu.Az-ın verdiyi məlumata görə, sosial şəbəkələrdə təbii fəlakətlə bağlı görüntülər paylaşılıb.
Kadrlardan aydın olur ki, 20 milyondan çox insanın yaşadığı şəhərdə güclü küləklərlə müşayiət olunan fırtına gündəlik həyatı iflic edib. Qum və toz dumanı səbəbindən görmə məsafəsi kəskin şəkildə azalıb, nəqliyyatın hərəkətində ciddi çətinliklər yaranıb. Bundan əlavə güclü külək şəhərdə dağıntılara səbəb olub.
Xəsarət alanlar barədə hələ məlumat açıqlanmayıb.
Избранный
54
50
oxu.az

10Источники