RU

Aygün Kazımovanın layihəsində Mehin və Nuran sürprizi

Azxeber.com saytından verilən məlumata görə, ain.az xəbər verir.

Xalq artisti Aygün Kazımovanın estrada aləmində daha bir yenilik olacaq albomu üzərində hazırlıq işləri davam edir.

AZXEBER.COM xəbər verir ki, sənətçinin təqdim edəcəyi "Best of Aygun” adlı albomda dinləyicilər onun mahnılarını estradamızın tanınmış simalarının ifalarında dinləyəcəklər.

Yerli məşhurlar ölkənin əsas ulduzunun 38 illik yaradıcılığında oxuduğu ən hit mahnıları səsləndiriblər. 

Müğənnilər Mehin Hümbətova və Nuran da layihədə yer alaraq Kazımovanın sevilən mahnılarından birini oxuyublar.

Onlar "Dözmədi qəlbim” mahnısını özünəməxsus formada səsləndiriblər. 

Aysel

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
24
azxeber.com

1Источники