RU

Nura Suridən tənqidçilərə cavab: “Azı 10 min manat ödəməlisiniz ki...”

“Müğənnilər nə isə paylaşan kimi dərhal 20-30 fərqli saxta səhifədən eyni məzmunlu şərhlər yazanlar peyda olur”. 

“Cebheinfo.az” xəbər verir ki, bu sözləri məşhur müğənni Nura Suri “Facebook” hesabında yazıb.

O, həmin şəxsləri tənqid atəşinə tutub: 

“Guya bunlar ağıllıdırlar. Halbuki bilmədikləri, anlamadıqları mövzularda fikir yürüdürlər, “müğənnilər fonoqram oxuyur” deyirlər. Amma estrada müğənnisi ilə muğam və ya opera müğənnisinin fərqini belə ayırd edə bilmirlər, hətta fonoqramın nə olduğunu da anlamırlar. Studiyada bir mahnının yazılması üçün nə qədər vəsait lazım olduğunu bilirsinizmi? 

Mahnının səliqəli, təmiz və yüksək keyfiyyətlə səslənməsi üçün yalnız müğənni deyil, həm də səs rejissoru, aranjimançı, musiqiçilər (canlı alət ifaçıları), bek-vokallar və bir çox digər mütəxəssislər əmək sərf edirlər”. 

Sənətçi qeyd edib ki, bu iş vaxt, əmək və pul tələb edir: 

“Bütün bunlar sadəcə dinləyici daha keyfiyyətli musiqi eşitsin deyə edilir. Əgər siz mütləq canlı ifa istəyirsinizsə, estrada müğənnilərini tədbirinizə dəvət edərkən ən azı 10 min manat ödəməlisiniz ki, onlar da canlı musiqiçilərlə, orkestr və bütün texniki heyətlə birlikdə gəlib konsert şəraitində ifa etsinlər. Siz elə bilirsiniz ki, studiyada hər müğənni rahatlıqla oxuya bilir? Yaxud köhnə “minus” üzərində canlı oxuyan müğənni daha yaxşı ifa edir? Bu, nə məntiqdir? Bu, nə düşüncədir?” 

Избранный
14
7
cebheinfo.az

8Источники