RU

Birbaşa Bakı nın baş məşqçisi: Finala çıxa bilməməyimizə bəxtsizlik mane oldu

Idman.biz saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Birbaşa Bakı"nın minifutbol üzrə Çempionlar Liqasının finalına çıxa bilməməsinə bəxtsizlik mane olub.

İdman.biz xəbər verirki, bunu "Report"a açıqlamasında komandanın baş məşqçisi Marius Mitu deyib.

Rumıniyalı mütəxəssis arzularını reallaşdıra bimədikləri üçün məyus olub: Çox sabit futbol sərgiləməyimizə baxmayaraq, penaltilərlə 1/4 finalda mübarizədən kənar qalmağımız məni çox məyus etdi. Bəzi kiçik detallarla yanaşı, bəxtsizlik də finala çıxmağımıza mane oldu".

O, komandada böyük dəyişikliklərə ehtiyac duymur: "Komandada çox böyük dəyişikliklər olmayacaq. Amma növbəti turnirlərdə erkən mərhələdə mübarizədən kənarda qalmamaq üçün bəzi konkret məsələlər üzərində daha çox işləməliyik".

Baş məşqçi digər Azərbaycan klubları "Aznur" və "Zirə"nin də Çempionlar Liqasındakı çıxışlarına toxunub: "Məncə, bu turnirdə Azərbaycanın hər 3 komandası yaxşı çıxış etdi, texniki və taktiki baxımdan keyfiyyətli futbol göstərdilər. Amma bəzən bu, turniri qazanmaq üçün kifayət etmir".

Qeyd edək ki, Bolqarıstanda təşkil olunan turnirdə Azərbaycan klublarından "Zirə" və "Birbaşa Bakı" 1/4 finalda, "Aznur" isə 1/8 finalda mübarizəni dayandırıb.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
33
1
icma.az

2Источники