Jurnalist Samir Feyruzov hazırda həbsdə olan SOCAR-ın İnvestisiyalar və Marketinq üzrə vitse-prezidentinin sabiq müavini Adnan Əhmədzadə ilə bağlı sensasion məlumatlar paylaşıb.
Samir Feyruzov
Jurnalist iddia edir ki, Adnan Əhmədzadə 2023-cü ildə model Razi Əliyevanı döyməkdə suçlanan Ziya Hüseynzadənin həbsdə qalmasına çalışıb:
"2023-cü ilin may ayında tanınmış model Razi Əliyevanın sevgilisi tərəfindən döyülməsi ilə bağlı yerli mediada xəbərlər tirajlanmağa başladı. Döyülmə faktı ilə bağlı CM-in 221.1-ci (xuliqanlıq) maddəsilə cinayət işi başlandı və modeli döyməkdə şübhəli bilinən sevgilisi Ziya Hüseynzadə həbs olundu.
Lakin "PKF Audit Azerbaijan" və “PKF Audit Consultinq" şirkətlərinin sahibi olan Z.Hüseynzadəyə qarşı müəmmalı şəkildə yeni ittihamlar irəli sürüldü. Model sevgilisini döyməsi ilə gündəmə gələn Z.Hüseynzadə həm də vəzifə saxtakatlığı, dələduzluq, qanunsuz külli miqdarda kredit alma və digər ittihamlarla təqsirli bilindi. Nəhayət 2025-ci ilin mart ayının 10-da məhkəmənin qərarı ilə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edildi".
Jurnalist yazır ki, əldə etdiyim məlumatlara görə, Z.Hüseynzadə model sevgilisini - Razi Əliyevanı Adnan Əhmədzadə ilə olan əlaqələrinə görə döyüb:
"O, sevgilisini qısqanıb və nəticədə zorakılığa yol verib.
Lakin proses bununla yekunlaşmayıb.
A.Əhmədzadə R.Əliyevanın könlünü almaq üçün Z.Hüseynzadəni ciddi şəkildə cəzalandırmaq qərarına gəlib. Bununla da, Z.Hüseynzadəyə qarşı irəli sürülən ittihamların sayı çoxalıb və onun qısa müddətdə azadlığa çıxmaq şansı tamamilə sıfırlanıb".