Qubada qardaş bacısını bıçaqlayıb.
News24.az Unikal-a istinadən xəbər verir ki , hadisə Qubanın Xucbala kəndində baş verib.
Belə ki, əslən Laçın rayonundan olan Şamama Salam qızı Kərimova kəsilmiş-deşilmiş xəsarətlər ilə Quba Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib.
İlkin məlumata görə, hadisəyə səbəb, 3 gün əvvəl kənd sakini E. Salıyev Sumqayıt şəhərində yaşayan Ş.Kərimovanı qaçırıb.
Qadının qohumları onun yerini öyrənərək kəndə gəliblər. Burada yaranan mübahisə zamanı qadının qardaşı M. Məhərrəmov bacısına bıçaqla ağır xəsarətlər yetirib və hadisə yerindən qaçıb.
Hadisə ilə bağlı araşdırma aparılır.