ain.az, News24 saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Milli Musiqimizin Memarı” adlı konsert proqramı keçirilib.
News24.az xəbər verir ki, tədbirdən əvvəl məktəb şagirdlərinin rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib.
Konsertdə Bakı şəhəri uşaq musiqi və incəsənət məktəblərinin Respublika və beynəlxalq müsabiqələr laureatları tanınmış bəstəkarların əsərlərini ifa ediblər.
Sonda konsertdə iştirak edən musiqi məktəblərinin müəllimlərinə təşəkkürnamələr, şagirdlərə isə hədiyyələr təqdim olunub.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.