RU

Səudiyyə Ərəbistanının ali dini lideri şeyx Əbdüləziz Əş Şeyx vəfat etdi

Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Səudiyyə Ərəbistanının kral sarayı ölkənin baş müftisi, Böyük Alimlər Şurasının sədri şeyx Əbdüləziz ibn Abdullah bin Muhəmməd Əş-Şeyxin vəfatını elan edib.

Oxu.Az xəbər verir ki, məlumatı Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi (SPA) yayıb.

Rəsmi açıqlamaya görə, mərhumun cənazə namazı bu gün Riyadda, İmam Turki bin Abdullah məscidində əsr namazından sonra qılınacaq.

Qeyd edək ki, 81 yaşında vəfat edən şeyx Əbdüləziz Əş-Şeyx 1999-cu ilin may ayından etibarən Səudiyyə Ərəbistanının baş müftisi vəzifəsini icra edirdi. O, bu posta mərhum şeyx Əbdüləziz bin Bazın vəfatından sonra təyin olunmuşdu.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
22
3
oxu.az

4Источники