RU

Astarada torpaq sürüşməsi baş verən ərazidə hazırda heç bir iş görmək mümkün deyil – Bələdiyyə sədri

Sentyabrın 22-də Astaranın Niləşə kəndində təqribən 100 metrə yaxın torpaq sürüşüb. Dağlardan gələn sel suları irigövdəli qurumuş ağacların qol-budaqlarını, torpaq qatını gətirərək, bəzi körpülərin, suötürücü boruların qarşısını kəsib.

Day.Az xəbər verir ki, Astara rayon Siyəkü kənd bələdiyyəsinin sədri Ramin Dədəyev Trend-ə açıqlamasında bildirib ki, Niləşə kəndində torpaq sürüşməsi baş verən ərazidə hazırda heç bir bərpa işi görmək mümkün deyil.

"Baş verən torpaq sürüşməsi nəticəsində kənd sakini Günay Ruhşanovaya məxsus həyətyanı sahə torpaq qatı altında qalıb. Yamacın üst hissəsi-dağlardan gələn sel suları irigövdəli qurumuş ağacların qol-budaqlarını, torpaq qatını gətirərək, bəzi körpülərin, suötürücü boruların qarşısını kəsib".

Bələdiyyə sədri vurğulayıb ki, sürüşmə nəticəsində dağılan ərazi hissə-hissə bərpa edilməlidir.

"İsti hava şəraiti olmalıdır ki, torpağın daxilinə dolmuş su tam çəkilib getsin, bundan sonra həmin ərazidə bərpa işlərinə başlanılacaq",-R.Dədəyev bildirib.

Избранный
2
1
day.az

2Источники