RU

Avropa ölkələrinin Fələstini tanıması: Sülhə ümid, yoxsa simvolik addım? - ÖZƏL

Nyu-Yorkda BMT Baş Assambleyasının iclası çərçivəsində Belçika, Monako, Lüksemburq, Andorra və Malta Fələstin Dövlətini rəsmən tanıdıqlarını açıqlayıblar. Bu qərar Qəzzadakı müharibə və humanitar böhran fonunda Fələstin xalqının dövlətçilik hüququna dəstək kimi qiymətləndirilir. Əvvəl Böyük Britaniya, Avstraliya, Kanada və Portuqaliya da Fələstini tanımışdı. 
Avropa ölkələrinin Fələstini tanıması regionda sülh prosesinə necə təsir edə bilər? Mövzu ilə bağlı politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlama verib:  "Dünyanın müxtəlif ölkələrinin, xüsusilə də aparıcı dövlətlərin - Fransanın, Kanadanın, İngiltərənin və digərlərinin, eləcə də Belçikanın, Fələstin dövlətini rəsmən tanıması ciddi bir hadisədir. Düşünülür ki, bu addımla Fələstin dövlətinin mövcudluğuna və Yaxın Şərqdə sülhün əldə olunmasına töhfə veriləcək. Amma bu proseslərin yaxın dövr üçün İsrail-Fələstin münasibətlərinə ciddi təsir göstərəcəyini düşünmürəm. Bu günə qədər 150-yə yaxın ölkə Fələstini rəsmən tanıyıb, amma Fələstin dövlətinin qurulması ilə bağlı ciddi problemlər mövcuddur. Bu baxımdan, əsas İsrailə təsir göstərə biləcək qüvvə ABŞ və onun mövqeyidir. Əgər ABŞ bu məsələdə İsraili inandıra bilsə və onun mövqeyini dəyişməyə sövq edə bilsə, əlbəttə ki, orada müsbət nəticələr əldə oluna bilər. Yox, əgər bunu etmək istəməsə və ya edə bilməsə, onda vəziyyətdə ciddi dəyişiklik olmayacaq. İsrail isə hazırda onun əlinə düşmüş imkanlardan istifadə etməklə daha çox genişlənməyə və mövqelərini gücləndirməyə çalışacaq". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
16
olaylar.az

1Источники