RU

Adnan Əhmədzadənin vəkili ilə bağlı qalmaqal bitmir – Onlar da məsuliyyətə cəlb olunacaq?

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsin mətbuat xidməti bəyan etdi ki, Adnan Əhmədzadənin vəkili Şaiq Mirzəyevlə əmək müqaviləsinə xitam verilib. Lakin nə vaxt xitam verilməsi barədə suala cavab verilmir (mən yazandan sonra saytlarında onun barəsində məlumatı yığışdırdılar). Hər bir halda xitam verilibsə belə, xitama qədər pozuntu olub və buna görə təqsirkarlar məsuliyyətə cəlb olunmalıdır. Çünki əvvəlki statusumda qeyd etdiyim kimi, dövlət qurumunun vəzifəli şəxsi digər ödənişli fəaliyyətlə məşğul ola bilməz.

 

Pravda.az-ın xəbərinə görə, bunu tanınmış vəkil Əkrəm Həsənov bildirib.

 

“Digər vacib məqam ondan ibarətdir ki, Mirzəyev ümumiyyətlə vəkil ola bilər, ya yox? Əvvəlki statusumda vurğuladığım kimi, problem Mirzəyevin vəkil olmasında deyil. Vəkil ola bilər. Amma işəgötürəndən başqa kimsəyə ödənişli əsasla xidmət göstərə bilməz. Yəni yalnız Observatoriyanı müdafiə edə bilər. Buna görə də irad Vəkillər Kollegiyasına deyil, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinədir. Nazirlik bilmir ki, işçisi vəkildir və iş vaxtında vəkillik edir? Özü də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, hansı ki, bu məsələlərdə digərlərinə örnək olmalıdır...” – Ə.Həsənov qeyd edib.

Tarix: 23 Sentyabr 2025, 16:03   
Избранный
26
pravda.az

1Источники