RU

İngilis tank ekipajları öz əsgər yoldaşlarına atəş açıblar

Britaniyanın “Warrior” tankının ekipajı hərbi təlim zamanı səhvən “Challenger-2” tankına atəş açıb. Hərbçilər onu termal kamera vasitəsilə görüblər və zirehli maşını imitasiya edən düşmən tankı ilə səhv salıblar.

Herbiand.az bildirir ki bu barədə “The Sun” yazıb.

Sonra onlar təxminən 500 metr məsafədən 30 mm-lik topdan altı dəfə atəş açıblar. “Challenger-2”nin 4 ekipaj üzvündən heç biri xəsarət almayıb. Çünki, topda partlayıcı maddələrin olmadığını ifadə edən inert təlim mərmiləri olub.

Böyük Britaniya Müdafiə Nazirliyinin sözçüsü təlim zamanı baş verən insidenti təsdiqləyib və nazirliyin rəsmi araşdırmaya başladığını əlavə edib. Onlar hadisənin qapalı ərazidə baş verdiyini dəqiqləşdiriblər.

Tankın özü zədələnməyib və təlimə qayıdıb.

Bəxtiyar CƏFƏRLİ

Избранный
15
herbiand.az

1Источники