RU

Norveç Rusiya tərəfindən hava məkanının üç dəfə pozulduğunu iddia edir

Norveçin baş naziri Yonas Gar Stere yalnız sentyabr ayında Rusiyanın yaz və yay aylarında ölkənin hava məkanını pozduğunu iddia edib.

Operativ Media xəbər verir ki, bəyanat Norveç hökumətinin saytında dərc olunub.

Sənəddə bildirilir: “Rusiya yaz və yay aylarında Norveçin hava məkanını üç dəfə pozub. Pozuntular bir dəqiqədən dörd dəqiqəyə qədər davam edib. Bunun qəsdən edilib-edilmədiyini və ya naviqasiya xətalarından qaynaqlandığını müəyyən edə bilmirik”.

Qeyd olunur ki, Norveç rəsmiləri bu insidentləri qəbuledilməz hesab edir və məsələni Rusiya hakimiyyətinə çatdırıblar. Norveç hakimiyyət orqanlarının məlumatına görə, hadisələr 25 aprel, 24 iyul və 18 avqust tarixlərində baş verib.

Rusiya tərəfi isə dəfələrlə bəyan edib ki, bütün Rusiya uçuşları beynəlxalq qaydalara əsaslanır və heç bir pozuntuya yol verilmir. Prezidentin mətbuat katibi Dmitri Peskov vurğulayıb ki, Rusiya hərbçilərinə qarşı sərhəd pozuntusu ilə bağlı irəli sürülən istənilən ittihamlar “heç vaxt etibarlı sübutlarla təsdiqlənməyib”.

Избранный
12
operativmedia.az

1Источники