RU

19 yaşlı biatlonçu avtomobil qəzasında öldü

BAKI, 23 sentyabr. TELEQRAF

Çexiyalı biatlonçu Yan Vaniya avtomobil qəzasında dünyasını dəyişib.

Teleqraf xəbər verir ki, avtomobil 19 yaşlı idmançını Çexiyanın qərbindəki Pardubice vilayətinin Krouna kəndi yaxınlığında yolda velosiped sürərkən vurub.

Qeyd edək ki, karyerasını bitirən Yan Vaniya yeni mövsümdə Çexiya millisinin biatlon komandasının xidmət heyətinə qoşulmalı idi.

Избранный
27
teleqraf.com

1Источники