Ötən gün "Qızıl top"un sahibi məlum olub.

Offsideplus.az xəbər verir ki, mükafatın sahibi PSJ-nin futbolçusu Usman Dembele olub. "Barselona"nın gənc ulduzu Lamin Yamal isə 2-ci yeri tutub. Onun atası Munir Nasrau mükafata oğlunun daha layiq olduğunu düşünür:

"Mən buna oğurluq deməyəcəyəm, amma insana verilə biləcək ən böyük mənəvi zərər vurulub. Yamal hazırda dünyanın ən yaxşı oyunçusudur. Onun rəqibi yoxdur".