RU

İslamofob çıxış məşhur kanalda qalmaqal yaratdı

Ajans.az xəbər verir ki, bazar günü gecə efirə gedən buraxılışda 22 yaşlı aparıcı Freya Leachin qonağı — sağçı, mübahisəli siyasi fəal Rayan Uilyamsın çıxışından sonra baş verib. 33 yaşlı Şotlandiyalı qonaq, müsəlmanları hədəf alan islamofob ifadələr işlədib və çiyninə çiy donuz əti taxaraq efirə çıxıb. O, müsəlmanları “terrorçu” adlandırıb və “İslama maksimum ziyan vurmaq” istədiyini açıq şəkildə bildirib. Hadisədən bir dəqiqə sonra Uilyams efirdən uzaqlaşdırılıb, lakin bu, artıq ictimai qəzəbin qarşısını ala bilməyib. Skyndaxilindənsızanməlumatagörə, hadisə baş verənzamankanalınproqramlardirektoruMarkKalvertməzuniyyətdə olubvə Uilyamsınqonaqkimiseçilməsində heç biriştiraketməyib. Sydney Morning Herald yazır ki, verilişin efirə getdiyi gün Sky rəhbərliyindən heç bir yüksək vəzifəli redaktor və ya menecer iş başında olmayıb. Qonaqların seçimi yalnız Freya Leach və bir gənc prodüserə həvalə olunub. Buna baxmayaraq, Sky daxilindən bildirilib ki, nə aparıcı Leach, nə də prodüser işdən uzaqlaşdırılmayacaq, lakin qonaq sifariş proseslərinə yenidən baxılacaq. Uilyamsın iştirak etdiyi epizod artıq Sky-ın veb saytından tamamilə silinib. Növbəti gün yayımlanan The Late Debate proqramında Freya Leach canlı efirdə uzun və açıq şəkildə üzr istəyib: “Ondan yalnız Çarli Kirk sui-qəsdi ilə bağlı fikri soruşulmuşdu, lakin o, platformamızı zərərli fikirlərini yaymaq üçün istifadə etdi.” Uilyamsa özünü "sosial media sensasiyası" və "mühafizəkar siyasi strateq" kimi təqdim etmiş, daha sonra müsahibəsində Böyük Britaniyanın “İslam işğalı” ilə üz-üzə olduğunu iddia etmişdi. O, Birmingemin əksəriyyətinin müsəlman olduğunu və “terrorçular tərəfindən hər gün başını kəsməklə hədələndiyini” demişdi. Aparıcı Leach isə cavab olaraq bildirib ki, ekstremistlərə qarşı çıxmaq və onları qınamaq müsəlman cəmiyyətinin öhdəliyidir: “Müsəlmanların əksəriyyətinin bu fikirləri dəstəkləmədiyini əvvəlcədən qeyd etmək vacibdir.” Məlumatlara görə, Rayan Uilyams son günlərdə internetdə yayımladığı videolarda həbs edilə biləcəyini və Mayamidə sığınacaq axtardığını iddia edib. Onun əvvəldən də müsəlmanları ələ salmaq məqsədilə donuz əti yeməsi və geyməsi ilə bağlı paylaşımları sosial mediada qalmaqallara səbəb olmuşdu. Sky News isə rəsmi açıqlamasında, redaksiya sisteminin Uilyamsın problemli keçmişini vaxtında müəyyən edə bilmədiyini etiraf edib.  

 

Избранный
23
Ajans.az

1Источники