RU

Orxan Lökbatanlıdan sərt cavab: “Hüseynin toyu azalan kimi meyxanadan danışır”

Klarnet ifaçısı Hüseyn Məmmədoğlu ilə meyxanaçı Orxan Lökbatanlı arasında mübahisə yaranıb.

Yenisabah.az xəbər verir ki, ifaçılar "Günə Uğurla" verilişində gərgin anlar yaşayıblar. 

Hüseyn Məmmədoğlu meyxanaçıların uşaqların tərbiyəsini pozduğunu deyib: Dördpendirli pizza

"Bəzi meyxanalar var ki, uşaqların tərbiyəsin korlayır. Həmin meyxanalara qulaq asmaq olmaz. Elə məclislər var ki, orada səslənən meyxana gənclərin və uşaqların tərbiyəsinə ziyandır. Düzgün meyxanaya dəyər verən insanam. Onlar mənim üçün qeyri-adi istedada malik olanlardır. Amma bəzi məclislərdə səslənən meyxanalar... Onların qarşısına fakt da qoyaram, deyərəm baxın. Amma gənclərin düzgün formalaşmağına ziyan olan meyxanalar da var".

Meyxanaçı Orxan Lökbatanlı Hüseynin fikirlərini qəbul etməyərək onu sərt tənqid edib:

"Hüseynin toyu azalan kimi meyxanadan danışır. Tərbiyə evdən başlayır. Ot kökü üstündə bitər. Evdə tərbiyələnən uşağa çöldə nə etsən də pozulmaz. Tərbiyəsi pozulmağa meyilli adam evdə də, çöldə də pozulacaq. Nə oldu hər şey qaldı kənara meyxana pozdu hamını? Bir-iki il əvvəl klarnet ifası ilə də tərbiyə pozulurdu. Onlara qulaq asanda başqa cür yaşamaq istəyirdilər. Kim yaddan çıxır, məclisi azalır meyxanadan danışır. Tərbiyəli uşaq onu evdən alır.

Deyir, fakt qoyaram. Qarşına elə fakt qoyaram ki, klarnet ifa etməzsən. Hər şeyi danışmaq tərbiyəsizlikdir. Hüseyn acıdil adamdır, kimə nə gəldi deyir. Müharibə vaxtı heç bir klarnet ifaçısını cəbhədə görmədim. Amma bütün meyxanaçılar cəbhədə idi".

Aydan Hacı 


Telegram kanalımız
Избранный
38
3
yenisabah.az

4Источники