RU

Köç karvanı Laçına çatıb

Yazını böyüt
Yazını kiçilt

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən Laçın şəhərinə növbəti köç prosesi gerçəkləşib, səhər saatlarında yola salınan ailələr doğma yurdlarına qovuşublar.

Hafta.az xəbər verir ki, Laçında bu mərhələdə 20 ailə olmaqla, 86 nəfər məskunlaşıb. Şəhərə qədəm qoyan ailələr sevinc göz yaşları ilə doğma yurdlarında yaradılan gözəlliyi seyr ediblər. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Köçürülən ailələrin evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb.

Избранный
31
10
hafta.az

10Источники