RU

Ədliyyə Nazirliyi Avropa Şurasının ədliyyə nazirlərinin konfransında təmsil olunub

Bakı. Trend:

18-19 sentyabr tarixlərində Maltanın Valetta şəhərində“Sərhədlərarası əməkdaşlıq və qarşılıqlı yardım: transmillicinayətlərə qarşı mübarizə üzrə əməkdaşlığın gücləndirilməsi”mövzusunda Avropa Şurasının ədliyyə nazirlərinin konfransıkeçirilib. Konfransda Avropa Şurasının səlahiyyətli qurumlarınınrəhbər heyətləri, üzv dövlətlərinin ədliyyə nazirləri, səfirlər vədigər rəhbər şəxslər iştirak ediblər.

Bu barədə Trend-ə Ədliyyə Nazirliyindən məlumat verilib:

"Konfransda ölkəmizi təmsil edən ədliyyə nazirinin müşaviriSeyfəlpaşa Əliyev çıxış edərək, cinayət işləri üzrə qarşılıqlıhüquqi yardım sahəsində Nazirliyin fəaliyyəti barədə ətraflıməlumat verib, bu istiqamətdə rəqəmsal alətlərin tətbiqi vəəlaqələrin genişləndirilməsi üzrə müsbət təcrübələrimiz barədəiştirakçıları məlumatlandırıb".

Həmçinin, konfrans çərçivəsində “Cinayət işləri üzrə qarşılıqlıhüquqi yardım haqqında” Avropa Konvensiyanın 3 saylı əlavəprotokolu (“Valetta” protokolu) imzaya açıq elan edilib. Bununlabağlı müvafiq protokol layihəsini hazırlayan Avropa Şurası Cinayətməsələlərində əməkdaşlığa dair Avropa konvensiyalarının icrası üzrəEkspertlər Komitəsinin (PC-OC) sədri, Ədliyyə NazirliyininBeynəlxalq əməkdaşlıq baş idarəsinin rəisi Adil Əbilov müvafiqProtokolun hazırlanması zərurəti, onun fəaliyyətintəkmilləşdirilməsindəki rolu barədə məruzə edib.

Sonda hüquqi yardım sahəsində səmərəliliyin artırılması üzrətədbirləri nəzərdə tutan Yekun Bəyannamə qəbul edilib.

Məqalədə:
Избранный
12
10
az.trend.az

10Источники