RU

Poliklinikaların onlayn sistemində yaranmış problemlə bağlı RƏSMİ AÇIQLAMA

ain.az, News24 portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi bu gün poliklinikalarda onlayn sistemdə yaranmış problemlə bağlı sorğumuza cavab olaraq açıqlama yayıb. 

Qurumdan News24.az-a bildirilib ki, sentyabrın 23-də səhər saatlarında “e-Tabib” proqram təminatında normadan artıq yüklənmə səbəbindən nasazlıq yaranıb və nəticədə bir sıra tibb müəssisələrində elektron qeydiyyat sistemində qısamüddətli fasilələr müşahidə olunub.

Qeyd olunub ki, qısa zaman ərzində problem aradan qaldırılıb və hazırda sistem tam fəaliyyətini bərpa edib.

"Qeydiyyat prosesinin fasiləsizliyini təmin etmək məqsədilə tibb müəssisələri tərəfindən müvafiq prosedurlar alternativ qaydada icra olunur və problem həll edildikdən sonra məlumatlar elektron sistemdə əks etdirilir. Hazırda elektron qeydiyyat sistemi stabil şəkildə fəaliyyət göstərir", - deyə açıqlamada qeyd edilib.

Xatırladaq ki, bu gün səhər saatlarında Azərbaycanda bir sıra poliklinikalarda onlayn sistemin işləməməsi səbəbindən sıxlıq müşahidə olunurdu.

Aqil Qarayev

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
17
2
news24.az

4Источники