ain.az, Azertag saytına istinadən bildirir.
Bakı, 23 sentyabr, AZƏRTAC
III MDB Oyunları çərçivəsində Gəncə və Qəbələ şəhərlərində azarkeşlər üçün fan zonalar təşkil olunacaq.
Bakı Şəhər Halqasından AZƏRTAC-a verilən məlumata görə, Gəncədə əyləncə zonası İcra Hakimiyyəti binasının qarşısında, Qəbələdə isə Heydər Əliyev parkında qurulacaq. Fan zonalar həm yerli sakinlər, həm də qonaqlar üçün idman, əyləncə və mədəni proqramlarla zəngin məkan olacaq.
Əyləncə zonalarının konseptinə səhnə, interaktiv oyun zonaları, foto zonalar, maskotlarla görüşlər, qida və içki stendləri, uşaq və incəsənət küncü, idman zonası, eləcə də DJ və musiqi proqramları daxildir.
Proqram gün ərzində müxtəlif saatlara bölünəcək. Fan zonalar səhər saatlarından gecə saatlarınadək davamlı olaraq hər kəsə bayram ab-havası yaşadacaq.
Xatırladaq ki, III MDB Oyunları 28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanın yeddi şəhərində (Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndi) keçiriləcək. Açılış və bağlanış mərasimləri Gəncə şəhər stadionunda olacaq.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.