RU

Roza Zərgərli viza ala bilmədi - Konserti təxirə düşdü

14:29 23.09.2025
14:29 23.09.2025

Xəbər verdiyimiz kimi "İstədim" mahnısının dünya trendində ilk pillədə olmasından sonra ölkə xaricində də məşhurlaşan müğənni Roza Zərgərli Amerikada konsert verməyə hazırlaşırdı.

Mynews.az xəbər verir ki, 28 sentyabrda Bruklin ştatında baş tutması planlaşdırılan konsertin biletləri satışa çıxsa da, konsert təxirə salınıb.

Buna səbəb Zərgərlinin komandasında çalışan bir çox işçinin Amerika vizası ala bilməməsi olub.

Müğənni bildirib ki, konsert 14 noyabra təyin edilib.

O, müraciətində biletlərin keçərli olduğunu, və həmin gün konsertin dəqiqliklə baş tutacağını bildirib.


Избранный
5
1
mynews.az

2Источники