ain.az, Apa.az portalına istinadən məlumat yayır.
Azərbaycanda kommersiya bankları vasitəsilə mikro və kiçik bizneslərə çıxış əldə edirik.
“APA-Econimics” xəbər verir ki, bunu Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda panel müzakirəsi zamanı Asiya İnkişaf Bankının (AİB) Azərbaycan nümayəndiliyinin İnvestisiya üzrə baş inzibatçısı Sənan Şabanov deyib.“2023-cü ildə iri banklardan biri ilə milli valyutada krediti təsdiqlədik və həmin vəsaitlər mikro-bizneslərə, o cümlədən qadın sahibkarların rəhbərlik etdiyi bizneslərə yönəldildi. Bundan əlavə, biz “TuranBank” və “Rabitəbank” ilə KOB-ları dəstəkləmək üçün işləyirik, xüsusən də KOB-ların sərhədlərarası əməliyyatları sahəsində. Hər iki bank AİB tərəfindən innovativ və uğurlu KOB ticarət əməliyyatları aparan bank kimi mükafatlandırılıb”.
O qeyd edib ki, AİB həm də Azərbaycanda strateji investor kimi mövqe tutub:
“Biz yalnız maliyyələşdirmə tərəfinə baxmırıq, eyni zamanda biznes mühiti yaratmaq üçün yerli hakimiyyət orqanları ilə işləyirik. İctimai və özəl tərəfdaşlıq mühitinin yaradılması, yerli qanunvericiliyin inkişaf etdirilməsi və yeni maliyyə alətlərinin işlənməsi üzərində birgə çalışırıq. Qısaca desək, AİB Azərbaycanda strateji investordur. Biz Azərbaycan hökuməti və yerli qurumlarla işləyirik, onların biznes üçün əlverişli mühit yaratmaq səylərini dəstəkləyirik və yerli bizneslərə, KOB-lara fayda gətirmək üçün bütün imkanlardan istifadə edirik. Bu, yalnız maliyyə məhsulları ilə məhdudlaşmır. Biz yerli hakimiyyət orqanlarının və KOB-ların potensialını artırmaq üçün texniki yardım da ayırmışıq. Məsələn, qadınların biznesə çıxış layihəsini qeyd edə bilərəm. Bu layihə “AccessBank” ilə həyata keçirildi və nəticədə təxminən 30 kiçik qadın sahibkarlıq fəaliyyəti fayda əldə etdi”.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.