RU

YAP Ağdam rayon təşkilatında rayon təşkilatının yaranmasının 32 ci ildönümü ərəfəsində YAP fəalları ilə görüş keçirilib

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

23 sentyabr 2025-ci il tarixdə YAP Ağdam rayon təşkilatında rayon təşkilatının yaranmasının 32-ci ildönümü ərəfəsində YAP fəalları ilə görüş keçirilib. Tədbirdə Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, YAP fəalları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.

Daha sonra Yeni Azərbaycan Partiyasının qurucusu Ulu Öndər Heydər Əliyevin və xalqımıza Qələbə sevinci yaşadan, dövlət müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda canından keçən şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev görüşdə çıxış edərək YAP-ın VII Qurultayından sonra partiyanın yeni Proqram və Nizamnaməsi tələblərinə uyğun olaraq yerli və ərazi partiya təşkilatlarının qarşısına qoyulan vəzifələrdən və bu vəzifələrin həyata keçirilməsində, eyni zamanda sosial media resurslarında fəaliyyətin daha da genişləndirilməsində hər bir partiya üzvünün məsuliyyətinin artırılmasının vacibliyindən danışmış, xalqımız üçün ən böyük zirvə olan 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərin dövlətçilik tariximizdə şanlı yer almasını vurğulamış, Partiyamızın sədri, ölkə Prezidenti cənab İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətin uğurla həyata keçirilməsi nəticəsində ölkəmizin dünyada söz sahibinə çevrilməsinə, iqtisadiyyatımızın sürətli inkişafının təmin edilməsinə, insanlarımızın təhlükəsizliyinin və rifah halının yüksək səviyyəyə çatdırılmasına nail olduğumuzu diqqətə çatdırmışdır.

Görüşdə partiya fəalları ilə fikir mübadiləsi aparılıb, onların sualları cavablandırılıb. YAP fəallarından Xaləddin Tağıyev, Xəyal Əliyev, Elmir Rüstəmov və başqaları  çıxış edərək sosial şəbəkələrdə milli maraqların qorunması və partiyanın ideoloji xəttinin təbliği istiqamətində fəaliyyətlərini daha da gücləndirəcəklərini bildiriblər.

 Həmçinin Yeni Azərbaycan Partiyasına yeni üzv qəbul olmuş bir qrup gəncə partiya üzvlük vəsiqələri təqdim olunmuş və partiya həyatında fərqlənən YAP fəallarına hədiyyələr təqdim edilmişdir.

Sonda tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirildi.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
23
1
yeniazerbaycan.com

2Источники