RU

Bakı metrosu 1.6 milyona təkər cütləri alır

BAKI, 23 sentyabr. TELEQRAF

Bakı Metropoliteni” QSC-yə məxsus müxtəlif seriyalı metro vaqonlarının təmiri ilə bağlı növbəti işlərə start verilib.

Teleqraf xəbər verir ki, bu məqsədlə 1 milyon 626 min 313 manat vəsait xərclənəcək.

Texniki yenilənmələr çərçivəsində “81-717/714 və 81-760/763.Б” seriyalı vaqonlar üçün təkər cütlərinin alınması nəzərdə tutulub.

Sözügedən işləri Rusiya mənşəli “Oktyabrskiy Elektrovaqonoremontnıy Zavod” SC şirkəti həyata keçirəcək.

Təmir prosesinə birbaşa nəzarət isə “Bakı Metropoliteni” QSC tərəfindən aparılacaq.

Qeyd edək ki, bu satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.

Избранный
15
teleqraf.com

1Источники