RU

Politoloq: Fələstinin tanınması çox gec baş verdi...

Fələstinin dövlət kimi tanınması məsələsi regional və qlobal güclərin diqqət mərkəzindədir...

Samir Hümbətov: “Hər nə olur-olsun artıq baş verən hadisələr geri dönməz bir proses alıb”.

“Qəzza bölgəsini Fələstin Muxtariyyətının ərazisi kimi tanınması görünür ki, orada vəziyyəti düzəltməyə hesablanmış bir addımdır”.

Bu sözləri politoloq Samir Hümbətov Fələstini dövlət kimi tanınması məsələsini Poliqon-a şərh edərkən deyib ki.

Yaxın Şərqdə onilliklərdir davam edən İsrail-Fələstin münaqişəsi bu gün də beynəlxalq siyasətin ən mürəkkəb və həssas məsələlərindən biri olaraq qalır. Fələstinin dövlət kimi tanınması məsələsi regional və qlobal güclərin diqqət mərkəzində olmaqla yanaşı, sülh prosesinin gələcəyi və regiondakı güc balansı üçün strateji əhəmiyyət daşıyır.

Bəs, Fələstinin tanınması nəyi dəyişəcək?

Mövzunu Poliqon-nun əməkdaşı Diplomatiya Araşdırmaları Mərkəzinin sədri, politoloq Samir Hümbətov ilə müzakirə edib.

Samir Hümbətov: “Fələstinin indi əlində qalan ərazilərini müstəqil dövlət kimi tanıya bilərlər. Amma bunu 1967-ci il sərhədləri ilə tanımaq qeyri-mümkündür. Tanısalar belə, nəticə verməyəcək”.

İsrailin Fələstini tanıyan ölkələrə qarşı etirazını bildirdiyini xatırladan politoloq bildirib ki, umumiyyətlə, İsrail bu prosesi rədd edib:

“Fələstinin tanınması çox gec baş verdi. Bu əbədi olmalı idi. Əslində, 1948-ci ildə planın baş tutması ilə belə baş tutmuşdu ki, həm İsrail, həm də Fələstin dövləti yaranmalıdır. İsrail dövləti yaradı, amma Fələstini yarada bilmədilər.

Daha sonra 1967-ci il anlaşması ilə sərhədlər müəyyən edildi. Bu anlaşmanın da şərtləri pozuldu. İndi də çox az ərasi Fələstinin əlində qalıb. Hətta, Qəza bölgəsini Fələstin Muxtariyyətının ərazisi kimi tanınması görünür ki, orada vəziyyəti düzəltməyə hesablanmış bir addımdır.

Amma hər nə olur-olsun artıq baş verən hadisələr geri dönməz bir proses alıbdır. Düşünürəm ki, bunun qarşısını almaq, yəni baş verən qırğınların qarşısını almaq üçün atılan bu addım müsbət haldır. Ancaq bu Fələstinin itirdiyi əraziləri qaytarmağa imkan verəcəkmi? Bu sual altındadır. Yəni, real görsənmir. İsrailin o əraziləri geri qaytarması heç real görsənmir.

Samir Hümbətov: “Bundan sonra olanlar İsrailin reaksiyası ilə bağlı olacaq”.

İsrail Fələstini tanıyan ölkələrə qarşı etirazını da bildirib. Ümumiyyətlə, İsrail bu prosesi rədd edib. Buna görə, düşünürəm ki, Fələstinin indi əlində qalan ərazilərini müstəqil dövlət kimi tanıya bilərlər. Amma bunu 1967-ci il sərhədləri ilə tanımaq qeyri-mümkündür. Tanısalar belə, nəticə verməyəcək.

Bundan sonra olanlar İsrailin reaksiyası ilə bağlı olacaq. İsrail Qəzzada yenə də əməliyyat keçirəcək, yoxsa beynəlxalq birlik ona təyziq edib dayandıracaqmı. Bu məsələ də önəmlidir. Düşünürəm ki, hər vəziyyətdə tərəflər, yəni İsrail və Fələstin bir yol tapıb uyğunlaşmalıdılar. Əks təqdirdə, müharibə orada uzun müddət davam edə bilər”.

Nərminə UMUDLU
Poliqon.info

Избранный
30
poliqon.info

1Источники