1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Rusiya İrana yeni "MiQ-29" qırıcı təyyarələri verib".
Oxu.Az Faradeed.ir-ə istinadla xəbər verir ki, bu barədə İran parlamentinin üzvü Əbülfəzl Zöhrəvənd məlumat yayıb.
Deputat bildirib ki, paralel olaraq "Su-35" qırıcılarının tədarükü də davam edir.
Onun sözlərinə görə, Tehran, həmçinin Çindən "HQ-9" hava hücumundan müdafiə sistemlərinin alınması ilə bağlı danışıqlar aparır.
"S-400" sistemləri də gəlir, daha doğrusu, onlar artıq ölkəyə gətirilib", - deyə Zöhrəvənd əlavə edib.