RU

“Nar”ın dəstəyi ilə ölkəmizdə ilk inklüziv intellektual oyun turniri baş tutub - FOTOLAR

“Nar”ın dəstəyi ilə ölkəmizdə ilk inklüziv intellektual oyun turniri baş tutub - FOTOLAR

“Nar”ın dəstəyi ilə ilk inklüziv intellektual oyun turniri keçirilib

Sərfəli mobil operator “Nar”ın dəstəyi ilə Azərbaycanda ilk dəfə nitq və eşitmə məhdudiyyətli gənclər üçün “Zəka Fest” inklüziv intellektual oyun turniri təşkil olunub.

Beynəlxalq Jest Dili Gününə həsr edilən layihə “Şəkərbura Şou”nun təşəbbüsü, “Karlara Dəstək” İctimai Birliyi, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, İctimai Televiziya və digər tərəfdaşların dəstəyi ilə həyata keçirilib.

Turnirin əsas məqsədi eşitmə məhdudiyyətli uşaqların sosial inteqrasiyasını gücləndirmək, yaradıcılıq bacarıqlarını inkişaf etdirmək və onlar üçün inkişafetdirici oyunların əlçatanlığını təmin etməkdir.

Ümumilikdə yeddi komandanın iştirak etdiyi turnir beş saat davam edib. Yeddi raund və final mərhələsindən ibarət intellektual marafon zamanı iştirakçılar həm komanda işi, həm də fərdi düşünmə bacarıqlarından istifadə ediblər. Yarışın nəticəsinə görə “Uğur” komandası birinci, “Qızıl” ikinci, “Cəsur” isə üçüncü yerə sahib olub. Qaliblər və digər iştirakçılar “Nar” tərəfindən dəyərli hədiyyələrlə mükafatlandırılıb.

Qeyd edək ki, “Nar” nitq və eşitmə məhdudiyyətli şəxslərin informasiya və ünsiyyət imkanlarının artırılması istiqamətində həyata keçirdiyi layihələrlə beynəlxalq səviyyədə tanınır. Şirkət bu sahədəki sosial məsuliyyət təşəbbüslərinə görə nüfuzlu “Stevie” biznes mükafatına layiq görülüb. Jest dili mobil tətbiqinin dəstəklənməsi də bu istiqamətdə atılan mühüm addımlardan biridir.

Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar”, son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operator olaraq qalır.

Избранный
10
24
afn.az

10Источники