RU

Qarabağda Azərbaycan və Türkiyə arasında təhsil sahəsində sazişlər imzalanıb

Bakı. Trend:

Sentyabrın 23-də Türkiyə Respublikasının milli təhsil naziriYusuf Tekinin rəhbərlik etdiyi nümayəndə heyəti QarabağUniversitetinə rəsmi səfər edib. Səfər çərçivəsində naziruniversitetin tədris və yaradılmış müasir infrastrukturu iləyaxından tanış olub.

Trendxəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumatyayıb.

Bildirilib ki, səfərin davamında elm və təhsil naziri EminƏmrullayev ilə Türkiyə Respublikasının milli təhsil naziri YusufTekin arasında ikitərəfli görüş keçirilib.

Görüş zamanı iki ölkə arasında mövcud əməkdaşlığıngenişləndirilməsi məqsədilə “Azərbaycan Respublikası Hökuməti iləTürkiyə Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıqhaqqında 2017-ci il 31 oktyabr tarixli Sazişə Əlavə Protokol” və“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökumətiarasında peşə təhsili sahəsində əməkdaşlığa dair 2021-ci il 19fevral tarixli Protokola Əlavə Protokol”un imzalanması mərasimi baştutub.

Sözügedən sənədlərin imzalanması iki qardaş ölkə arasında təhsilsahəsində birgə layihələrin daha da inkişafına möhkəm zəminyaradacaq.

Избранный
16
30
az.trend.az

10Источники