RU

Mikayıl Cabbarov “Silk Road Fund”ın direktoru ilə Bakıda görüşüb

Azərbaycan və Çin arasında iqtisadi əməkdaşlığın inkişaf perspektivləri, qarşılıqlı maraq kəsb edən layihələri müzakirə olunub.

Operativ Media bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, nazir Mikayıl Cabbarov Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF-2025) çərçivəsində "Silk Road Fund"ın idarəedici direktoru Deng Jinghua ilə görüşüb . Görüşdə gələcək əməkdaşlığın gücləndirilməsi və yeni investisiya təşəbbüslərinin reallaşdırılmasına dair fikir mübadiləsi aparılıb.

Azərbaycan ilə Çin arasında iqtisadi əməkdaşlığın inkişaf perspektivləri, qarşılıqlı maraq kəsb edən layihələr və "Bir Kəmər, Bir Yol" təşəbbüsü çərçivəsində tərəfdaşlıq imkanları nəzərdən keçirilib.

Избранный
22
operativmedia.az

1Источники