RU

Vatsapa feysbuk hesablarınızı əlavə edə biləcəksiniz

Vatsap istifadəçilərin profillərinə feysbuk hesablarını əlavə edə biləcəyi yeni bir funksiya üzərində işləyir.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, bu, istifadəçilərə instaqramda olduğu kimi, feysbuk hesab məlumatlarını birbaşa vatsap profillərində görmək imkanı verəcək.

Lakin bağlantının əlavə olunması tamamilə istəyə bağlı olacaq. 

Feysbuk profil keçidlərinin həqiqətən də istifadəçiyə aid olduğunu təsdiqləmək “Hesab Mərkəzi” vasitəsilə mümkün olacaq.

Təsdiqlənmiş hesabların yanında feysbuk simvolu görünəcək. Təsdiqlənməmiş hesablar isə tam “URL” şəklində göstəriləcək.

Qeyd edək ki, feysbuk profil hesablarının əlavə olunması, vatsapa daha çox sosial media xidmətinin inteqrasiya edilməsi planının yalnız ilk addımı kimi qiymətləndirilir.

"Cebheinfo.az" 

Избранный
5
2
cebheinfo.az

3Источники