RU

Azərbaycan və Qazaxıstan dəmir istehsalı üzrə birgə müəssisə yaradacaq

"Daşkəsən Dəmir Filizi" MMC ilə Qazaxıstanın "Fonte GreenMet Investments Fund OEIC Limited" şirkəti arasında "Yüksək Dəmir Tərkibli İsti Briketləşdirilmiş Dəmir" (HBI) istehsalı üzrə Birgə Müəssisənin yaradılması haqqında saziş imzalanıb.

Trend xəbər verir ki, bu, Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun ikinci günü çərçivəsində baş tutub.

 

Sənədə "Daşkəsən Dəmir Filizi" MMC-nin direktoru Ceyhun Əliyev və Fonte GreenMet Investments Fund-un baş icraçı direktoru Yerjan Mussin imza atıblar.

Layihə Azərbaycanın metallurgiya sənayesinin inkişafına, dəmir filizi resurslarının səmərəli istifadəsinə və yüksək əlavə dəyərli məhsul istehsalının artırılmasına töhfə verəcək.

Избранный
29
5
day.az

6Источники