RU

SOCAR və İtaliyanın neft şirkəti arasında səhmlərin alqı-satqısı barədə saziş imzalanıb - FOTO

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə "Italiana Petroli S.p.A" və "MIP S.p.A" arasında səhmlərin alqı-satqısı üzrə üçtərəfli saziş imzalanıb.

Trend xəbər verir ki, bu, Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun ikinci günü çərçivəsində baş tutub.

 

Sazişə SOCAR prezidenti Rövşən Nəcəf və "Italiana Petroli S.p.A" şirkətinin İdarə Heyətinin sədri Uqo Braçetti Peretti imza atıblar.

Bu razılaşma Azərbaycanın enerji sektorunda beynəlxalq əməkdaşlığın dərinləşməsi və SOCAR-ın strateji tərəfdaşlıqlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

  • SOCAR
  • SOCAR
  • SOCAR
  • SOCAR
Избранный
12
5
day.az

6Источники