“Daşkəsən Dəmir Filizi” MMC ilə Fonte GreenMet Investments Fund OEIC Limited arasında yüksək tərkibli isti briketlənmiş dəmir istehsalı üzrə birgə müəssisənin yaradılmasına dair Saziş imzalanıb.
“APA-Economics” xəbər verir ki, sənədi “Daşkəsən Dəmir Filizi” MMC-nin direktoru Ceyhun Əliyev və Fonte GreenMet Investments Fund OEIC Limited-in baş icraçı direktoru Yerzhan Mussin imzalayıb.