RU

Donnarumma: "Buna görə PSJ-də qalmaq istəmişdim"

“Mançester Siti”nin qapıçısı Canluici Donnarumma layiq görüldüyü "Lev Yaşin" mükafatı və PSJ-dən ayrılığı ilə bağlı açıqlama verib.

İdman.biz xəbər verir ki, italiyalı qolkiper karyerasında bu mükafatı ikinci dəfə əldə etdiyini bildirib.

O, PSJ-dən ayrılığına da münasibət bildirib: “Bəli, bu qədər pozitiv anlar yaşadıqdan və yaxşı dostlarla çox vaxt keçirdikdən sonra ayrılıq asan olmur. Amma həqiqət budur ki, mən böyük oyunçulara malik möhtəşəm bir klub tapdım və onlar məni böyük bir ailəyə qəbul etdilər. Bu, mənim üçün çox önəmlidir".

Təcrübəli qapıçı əlavə edib ki, dəyişikliklər həmişə çətindir: "PSJ-də həqiqətən böyük azarkeşlər, əla futbolçular, baş məşqçi, idman direktoru və klub prezidenti tapdım. Buna görə orada qalmaq istəmişdim”.

İdman.biz

Избранный
16
1
idman.biz

2Источники