RU

Macarıstan Rusiya nefti və qazından imtina etməyəcək

Macarıstan Rusiyanın enerji təchizatından imtina etməyi planlaşdırmır.

Musavat.com xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Peter Siyarto “The Guardian”a açıqlama verib.

O bildirib ki, ABŞ və NATO müttəfiqlərinin çağırışlarına baxmayaraq, Budapeşt üçün enerji məsələsi siyasi deyil, sırf texniki xarakter daşıyır:

“Rusiyanın neft və qazı olmadan ölkəmiz üçün təhlükəsiz enerji təchizatını təmin edə bilmərik”.

Musavat.com

Избранный
9
1
musavat.com

2Источники