I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində SOCAR ilə "Italiana Petroli" arasında səhmlərin alqı-satqısı müqaviləsi imzalanıb.
"APA-Economics" xəbər verir ki, “Italiana Petroli S.p.A” və “MIP S.p.A” arasında səhmlərin alqı-satqısı müqaviləsi imzalanıb.
Sənədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf və Italiana Petroli S.p.A-nın İdarə Heyətinin sədri Uqo Braketti Peretti imza atıblar.