RU

Antioksidant gücü ilə seçilən meyvə

Böyürtkən həm dadı, həm də sağlamlığa faydaları ilə diqqət çəkir.

KONKRET.az pravdaaz-a istinadən bildirir ki, antioksidantlarla zəngin olan bu meyvə orqanizmi zərərli maddələrdən təmizləyir, ürək-damar xəstəliklərinin qarşısını almaqda əhəmiyyətli rol oynayır.

Tərkibindəki C vitamini immun sistemini gücləndirir, dəmir isə qan dövranını yaxşılaşdırır.

Mütəxəssislər böyürtkənin mütəmadi istifadəsinin həzm sistemini tənzimlədiyini, həmçinin dərinin sağlam görünməsinə müsbət təsir etdiyini bildirirlər.

Payız mövsümündə tez-tez süfrələrdə yer alan böyürtkən, həm təzə, həm də mürəbbə şəklində sevilərək istifadə olunur.

Избранный
8
2
konkret.az

3Источники