RU

Ankara Bələdiyyəsinə qarşı əməliyyat keçirildi

Ankara Respublika Baş Prokurorluğu 2021–2024-cü illərdə keçirilən konsert xərcləri ilə bağlı “ictimai ziyana səbəb olunması” iddiaları üzrə istintaq açıb.

XəzərNews.az Türkiyə mediasına istinadla xəbər verir ki, araşdırma çərçivəsində bələdiyyə işçiləri də daxil olmaqla 13 nəfər “vəzifə səlahiyyətlərindən sui-istifadə” və “tenderlərin saxtalaşdırılması” ittihamları ilə saxlanılıb.

Daxili İşlər Nazirliyinin istintaq və ekspertiza hesabatına əsasən, 32 konsert xidmətinin satın alınması zamanı 154 milyon 453 min 221,60 lirə həcmində ziyan müəyyən edilib.

Ankara Şəhər Polis İdarəsinin Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsi şübhəlilərin Respublika Baş Prokurorluğuna təhvil verilməsi istiqamətində tədbirləri davam etdirir.

Xəbər 7 dəfə oxunub.
Избранный
12
1
xezernews.az

10Источники