RU

Stanford Universitetinin TOP 2% reytinqində UNEC ölkə üzrə birinci oldu

Bakı. Trend:

Stanford Universiteti dünyanın ən nüfuzlu alimlərinin yer aldığıTOP 2% siyahısının 2024-cü il üzrə nəticələrini açıqlayıb.

Reytinq tərtib edilərkən iki əsas istiqamət – tədqiqatçıların1788-2024-cü ilin sonuna qədər olan karyerasını əhatə edən“Career-long impact” və yalnız 2024-cü ildə alınan sitatlar vənəşrləri əks etdirən “Single recent year” göstəriciləri əsasgötürülüb.

“Career-long impact” göstəricisinə əsasən, yəni 1788–2024-cüillər ərzində alimlərin nəşr və istinad göstəricilərinə görəaparılan qiymətləndirmədə Azərbaycan üzrə 21 tədqiqatçı siyahıyadüşüb. Onlardan 5 nəfəri UNEC-inəməkdaşıdır. Bu, ümumi göstəricinin 24%-ni təşkil edir vəUNEC bu nəticə ilə ölkədə 1-ci yerə yüksəlib.Xüsusilə sevindirici haldır ki, ötən il bu kateqoriyada UNEC-dənheç bir tədqiqatçı siyahıda yer almamışdı.

“Single recent year” (yalnız 2024-cü ildəki nəşrlər və sitatlar)göstəricilərinə əsasən isə Azərbaycan üzrə 41 alim siyahıya daxiledilib. Onların 8 nəfəri UNEC-in tədqiqatçılarıdır. Bu, 20%-likgöstərici deməkdir. Müqayisə üçün qeyd edək ki, 2023-cü ildə bugöstərici UNEC üzrə 17% təşkil etmişdi.

Stanford Universitetinin tərtib etdiyi bu nüfuzlu reytinqdünyanın ən azı 5 elmi məqaləyə sahib olan 100.000 alimindən yalnızilk 2%-lik qrupa daxil olanları əhatə edir. Qiymətləndirmə 22 əsaselmi sahə və 147 alt sahə üzrə aparılıb. Reytinqinformalaşdırılmasında ümumi istinad sayı, h-indeks, müəlliflikmövqeyi (tək, birinci, sonuncu müəllif), özünə istinad vəistinadsız göstəricilər, sitatların neçə müxtəlif məqalədən olduğukimi metriklər əsas götürülüb.

Məqalədə:
Избранный
15
7
az.trend.az

8Источники