RU

Mansur Yavaş Ankara bələdiyyəsindəki əməliyyatdan danışdı

Ankara Prokurorluğu paytaxt bələdiyyəsi ilə bağlı genişmiqyaslı araşdırmaya başlayıb. İddialara görə, 2021–2024-cü illərdə təşkil edilən konsertlərin keçirilməsində maliyyə pozuntuları olub. Prokurorluğun qərarı ilə 13 nəfər saxlanılıb.

Modern.az xəbər verir ki, Ankara Böyük Şəhər Bələdiyyəsinin sədri Mansur Yavaş məsələ ilə bağlı ilk dəfə danışıb.

Yavaş bildirib ki, İstanbul bələdiyyəsində aparılan həbslərdən sonra ictimaiyyətdə Ankarada da oxşar əməliyyatların ola biləcəyi barədə gözlənti yaranmışdı:

"Bu əməliyyatı gözləyirdim. Çünki ictimaiyyət hesab edirdi ki, İstanbuldan sonra Ankarada da addım atılacaq."

O, saxlanılanların hamısının bələdiyyə əməkdaşları olduğunu, onların dindirilməsinin aparılacağını vurğulayıb:
"Bütün saxlanılanlar meriya vəzifəliləridir. Onlar ifadə verəcəklər, araşdırma aparılacaq və ictimai maraqlara zərər vurulub-vurulmadığı müəyyən ediləcək. Mən əvvəldən bütün bu məsələlər üzrə yoxlama aparılmasına göstəriş vermişdim. Konsertlərlə bağlı araşdırmalarda heç bir qanun pozuntusu aşkar edilmədi".

Yavaş qeyd edib ki, söhbət ictimai maraqlara zərər vurulmasından getmir və yaxın vaxtlarda mətbuat konfransı keçirərək bütün suallara cavab verəcəyini açıqlayıb.

Ankara merinin sözlərinə görə, onun komandasının dövründən əvvəlki illərə aid 97 korrupsiya faktı hüquq-mühafizə orqanlarına təqdim olunub: "Bizdən əvvəlki dövrdə baş vermiş 97 korrupsiya faktı barədə material hazırlayıb aidiyyəti orqanlara təqdim etmişik. Amma onların heç biri araşdırılmayıb. Niyə araşdırılmadığını da yaxın günlərdə açıqlayacağam."

Избранный
13
modern.az

1Источники