RU

“Qarabağ”ın rəqibində yeni müqavilə

UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Qarabağ”ın rəqiblərindən olan “Napoli”də yeni müqavilə imzalanıb.

Msport.az xəbər verir ki, Neapol təmsilçisi Matteo Politanonun sözləşməsini 2028-ci ilin iyununa qədər uzadıb.

İtaliya millisinin üzvü 2021-ci ilin yayında “İnter”dən “Napoli”yə keçib. 32 yaşlı vinger bu mövsüm 5 rəsmi matçda 1 qol ötürməsi edib.

Qeyd edək ki, “Napoli” “Qarabağ”la ÇL-in Liqa mərhələsinin beşinci turunda, noyabrın 26-da öz meydanında üz-üzə gələcək.

Избранный
3
1
msport.az

2Источники