RU

Elçin Əmirbəyov: Azərbaycan üçün Rusiya Prezidentinin mövqeyi əhəmiyyətlidir

BAKI, 23 sentyabr. TELEQRAF

Azərbaycan 1991-ci ildən müstəqillik əldə etdikdən sonra həyata keçirdiyi çoxvektorlu xarici siyasəti bundan sonra da davam etdirəcək.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov "Austria Presse Agentur"a müsahibəsində bildirib.

O, Azərbaycanın yalnız qonşu ölkələrlə deyil, həm də böyük beynəlxalq tərəfdaşlarla yaxşı qonşuluq və stabillik əlaqələrini gücləndirməkdə maraqlı olduğunu vurğulayıb:

"Azərbaycan 1994-cü ildən NATO-nun "Sülh üçün tərəfdaşlıq" proqramında iştirak edir, lakin NATO-ya üzvlük barədə planımız yoxdur".

Elçin Əmirbəyov Bakı və Moskva arasında son dövrlərdə baş verən gərginliklərə də münasibət bildirib.

O deyib ki, Azərbaycan üçün yalnız Rusiya Prezidentinin və hökumətinin mövqeyi əhəmiyyətlidir.

Избранный
4
2
teleqraf.com

3Источники