RU

Lənkəranın bu ərazisində qaz kəsiləcək

Bakı.Trend:

Lənkəran rayonu ərazisində yerləşən “Hirkan” qaz paylayıcıstansiyasında istismarda olan qaz tənzimləyicisinin baypas xəttiüzərində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılmasıməqsədilə, 26 yaşayış məntəqəsini əhatə etməklə, ümumilikdə 14000-ə yaxın abonentin təbii qaz təchizatında fasilə yaranacaq.

Trend xəbərverir ki, bu barədə Lənkəran Rayon qaz İstismar İdarəsindən məlumatverilib.

Bildirilib ki, 24.09.2025-ci il tarixdə saat 10:00-dan etibarənHirkan, Gərmətük, Aşağı Nüvədi, Xanbulan, Bürcəli, Mamusta,Parakənd, Daşdalıcəran, Səpnəkəran, Yuxarı Nüvədi, Türkəkəran,Moğonojba, Şürük, Şıxəkəran, Xolmili, Vel, Siyavar, Kənarmeşə,Seydəkəran, Tütəpeştə, Bala Şürük, Sütəmurdov, Velədi, Şilim,Kosalar və Viyən kəndlərinin qaz təchizatı müvəqqəti olaraqdayandırılacaqdır.

"Qaz təchizatı avadanlıqlarınınəzarətdə saxlamanızı və təhlükəsizlik tədbirlərinə ciddi şəkildəriayət etməyinizi xahiş edirik", - əlavə olunub.
Избранный
11
8
az.trend.az

10Источники