RU

Dövlət qurumlarında 20 faiz ixtisar olacaq

Dövlət qurumlarında ixtisarların olacağı barədə xəbərlər yenidən gündəmə gəlib.

Ajans.az-ın əldə etdiyi məlumata görə Maliyyə Nazirliyi tərəfindən bır sıra dövlət qurumlarına  ixtisarların aparılması ilə əlaqədar rəsmi məktub ünvanlanıb. Məktubda 20 faiz ixtisarların aparılmasının vacibliyi vurğulanıb.

Ekspertlər hesab edir ki, qurumlarda bir-birini təkrar edən idarə, şöbə, sektorların olması bu ixtisarlara yol açır.  pizza sifarişi

Eyni zamanda Maliyyə Naziri Sahil Babayevin keçmiş postunda da bir sıra xərcləri azaltması, büdcəyə qənaət edilməsi məqsədilə israf olunan vəsaitlərin, qanunsuz büdcə xərclərinin qarşısını alması hamıya məlumdur. Onun yeni vəzifəsində də eyni addımı atacağı zatən ilk gündən gözlənilən idi. 

Nazirliyin mətbuat xidmətindən isə ixtisarların aparılması ilə bağlı dövlət qurumlarına rəsmi məktub ünvanlanması xəbəri təkzib edilib. 

Maraqlıdır ki, bu gün Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətində ixtisarların olması 150 nəfərin işdən çıxarılması barədə xəbər yayıldı.


Telegram kanalımız
Избранный
7
3
yenisabah.az

4Источники