RU

Dünya qızıl bazarında tarixi rekord qeydə alınıb

Sentyabrın 23-də dünya bazarında qızılın unsiyasının qiyməti 3795 dollara yaxınlaşaraq növbəti tarixi rekordu müəyyən edib.

Xezerxeber.az xəbər verir ki, sonrada qiymətli metalın qiyməti bir qədər ucuzlaşaraq 3790 dollar ətrafında sabitləşib.

Qeyd edək ki, son aylar dünya bazarlarında qızılın qiymətində davamlı artım müşahidə olunur. Ekspertlərin fikrincə, bu tendensiya ABŞ dollarının zəifləməsi və maliyyə bazarlarında qeyri-sabitlik fonunda qızılın ənənəvi “təhlükəsiz liman” aktivinə çevrilməsi ilə bağlıdır.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp administrasiyası tərəfindən idxal rüsumlarının tətbiqindən sonra qızılın qiyməti 3080 dollar səviyyəsinə yüksəlmişdi.

Избранный
2
5
xezerxeber.az

6Источники