RU

Rektorun tender əməliyyatları – BDU bir şirkətə gah invertar, gah da təmir işləri sifariş verir

[center]Rektorun[/center]

Bakı Dövlət Universiteti (BDU) cari ilin əvvəlində 1 saylı “Yataqxana-Tələbə Evi”ndə cari təmir işlərinin satın alınması ilə tender keçirib.

Tenderin qalibi “Koneks Construction” MMC seçilib.

Bu tender üzrə tərəflər arasında bağlanan satınalma müqaviləsinin maliyyə dəyəri 118 584,52 manat olub.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə “Koneks Construction” MMC-nin 27 noyabr 2019-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Şirkətin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, ev 39, mənzil 202-də yerləşir. MMC-nin qanuni təmsilçisi Fərzəliyev Mehdi Məhəmmədəli oğludur.

Açıq mənbələrdə şirkət haqqında heç bir məlumat yoxdur. Mehdi Fərzəliyev barəsində də hər hansı məlumata rast gəlinmir.Bununla belə, “Koneks Construction” MMC satınalma müsabiqələrində fəal iştirak edir.Maraqlıdır ki, sözügedən MMC bir çox hallarda geyim və invertar sifarişləri alır. Amma bəzən də tikinti və abadlıq işləri ilə bağlı tenderlərin qalibi seçilir.Elə ötən il şirkət BDU-nun inventar və müxtəlif materialların satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi seçilib. Bu tender üzrə satınalma müqaviləsinin maliyyə dəyəri 952 092,43 manat təşkil edib.

BDU-nun bu məbləğə aldığı mallara gəlincə, siyahıda kitab dolabı, paltar dolabı, sənəd dolabı, dəmir ayaqlı stul, masa və bu kimi invertarlar var.Beləliklə, aydın olur ki, bu il BDU-nun yataqxanasında təmir işləri aparan şirkət ötən il universitetə invertar satıb.Bu isə “Konesk Construction” MMC-nin şübhəli şirkət olması barədə qənaəti daha da möhkəmləndirir.Medida isə bu şirkət “tender kralı” kimi təqdim edilir.

BDU-nun da vaxtaşırı bu şirkətə sifarişlər verməsi tərəflər arasında hansısa işbirliyinə dair şübhələri artırır.Yeri gəlmişkən, bu günlərdə keçmiş deputat BDU-nun rektoru Elçin Babayevi tənqid edib. Keçmiş deputat sosial şəbəkə hesabında yazıb ki, Elçin Babayev Hüquq fakültəsində fənlərin adının dəyişdirilməsi, dərs saatlarının bölgüsünü hələ də 95 yaşlı Məsumə Məlikova ilə məsləhətləşir. Etibar Əliyev daha sonra yazıb: “Bu çoxbilmiş rektor müəllimimiz, Heydər Əliyevin ən yaxın silahdaşı, 91 – lərin ən ləyaqətli üzvlərindən biri olan professor, əməkdar elm xadimi Şahlar Əsgərovun 80 illik yubileyini keçirmədi. Bununla o, ağsaqqalı Ramiz Mehdiyevin 91 -lərə olan nifrətini biruzə verdi.

Ancaq universitetdə hər zaman tələbələri incidən Məsumə Məlikovanın 95 illiyini təntənəli şəkildə keçirdi. E. Babayev guya fizikdir. Müəllimlərimiz, professorlar Niftalı Qocayevin, Eldar Məsimovun, Məmməd Əliyevin, Nadir Qəhrəmanovun yubileyləri universitetdə keçirilmədi, ancaq universitetlə heç bir əlaqəsi olmayan, dostu və yerlisi Şamaxı Rəsədxanasının direktoru Namiq Cəlilovun yubileyi təntənəli şəkildə keçirildi. Dərəbəylikdir… Ölkənin Baş Universitetində bu qədər ayrıseçkilik, intriqa yaratmaqmı olar? Adam universiteti dədə mülkü kimi idarə edir…Saat hesabı müəllim işləyənlər hələ əməkhaqlarını ala bilmirlər. Universitetdə 0,5 ştatlar ləğv olunub”.(Reportyor.info )

Избранный
16
2
yenisoz.az

3Источники